FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Perspektiv-D" tədris mərkəzində keçirilmiş "Dahilərin yarışı" adlı bilik yarışması

27.05.2018

26.05.2018 tarixində “Perspektiv-D”  tədris mərkəzində keçirilmiş “Dahilərin yarışı” adlı bilik yarışmasında liseyin 7”c”sinif şagirdləri Hüseynov Vüqar , Əliyev Həsən , Kərimov İlqar və Şahgəldiyev Rəşad iştirak etdi.Yenilməzlər adlanan bu komanda  I yerə layiq görüldülər. Bu yarışma 3 fənndən- Azərbaycan dili ,Riyaziyyat  və Məntiqdən ibarət idi. Suallar açıq və qapalı idi və hər sual ayrı-ayrı vərəqlərdə şagirdlərə təqdim edilirdi.
I yerə kubok,məktəbə təşəkkürnamə ,hər bir şagirdə medal və diplom, II və III yerə isə məktəbə təşəkkürnamə,hər şagirdə diplom və medal verildi.
Şagirdlər sualları heç bir çətinlik çəkmədən cavablandırdı.Finalda Texniki Humanitar liseyi ilə bərabər qaldığımız üçün hər bir komandaya sonuncu məntiq sualı verildi və şagirdlər yenədə bu suala ciddi yanaşaraq və özgüvənliklə doğru cavab verib, I yerə layiq gördülər.
Şagirdlər mükafatlandırıldığı üçün yox, liseyimizə uğur qazandırdığları üçün sevinc hissi keçirtdilər.Şagirdlərin sevincinə müəllimlər və valideynlər də şərik oldular.Əlbəttə ki,müəllimlərin əziyyəti və valideynlərimizin əziyyəti olmasaydı, şagirdlər bu yarışmada qalib olmazdı.Bunun üçün şagirdlərimizə dəstək olan müəllimlərimizə və valideynlərimizə çox minnətdarıq.