XƏBƏRLƏR

"Sərhədsiz uşaqlıq" adlı layihə
03.06.2018
1 və 2 iyun əlilliyi olan və olmayan uşaqlar üçün "Sərhədsiz uşaqlıq" adlı layihə keçirilib. Layihə çərçivəsində uşaqlar tolerantlıq və ünsiyyət bacarıqlarını artıran müxtəlif oyunlar oynayıblar. Uşaqlar bir-birini tanıyıb öz gələcək arzularını bölüşüblər. Təlimin sonunda uşaqlara şəxsi inkişafları üçün "Balaca Şahzadə" kitabı hədiyyə olunub.
Təlimin məqsədi uşaqlara tolerantlıq və ünsiyyət bacarıqlarını aşılamaq, fiziki məhdudiyyətli həmyaşıdları ilə arzu və planlarını bölüşərək əslində nə qədər bərabər heç də fərqli olmdaqılarını göstərmək idi.