FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Son zəng"

14.06.2018

Fizika riyaziyyat və informatika təmayüllü liseydə "Son zəng" tədbiri keçirildi. Tədbiri giriş sözü ilə liseyin direktoru T. Talıbov açdı. O məzunları təbrik edərək Liseyin cari tədris ilində əldə etdiyi uğurlardan danışdı. 
Sonra digər müəllimlər də məzunları təbrik etdilər. Müəllimlərlə yanaşı, valideynlər və aşağı sinif şagirdləri də təbriklərə qoşuldular. Daha sonra tədbir çərçivəsində təlimdə, eyni zamanda, Respublika və Beynəlxalq Fənn Olimpiadalarında uğur qazanmış şagirdlər mükafatlandırıldı. Tədbir rəsmi hissədən sonra bədii hissə ilə davam etdi.