XƏBƏRLƏR

Yasamal rayon icra hakimiyyəti başçısının 2018-ci il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış bir qrup tələbələrlə görüşü
18.10.2018
17.10.2018-ci il tarixində Yasamal rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə 2018-ci il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış bir qrup tələbələrlə və təhsildə məhsuldar fəaliyyətinə görə fərqlənən müəllimlərlə görüş keçirildi. Görüşdə ıcra hakimiyyətinin başçısı FRİTL-in məzunu olan və 700 bal toplayan Rəna Əliyevanı şəxsən təbrik edərək, ona hədiyyələr təqdim etdi. Tədbirdə liseyimizin daha bir məzunu olan 670 bal toplayan Sarvan Məmmədovda mükafatlandırıldı. Tədbirdə liseyin iki müəlliminə - Hacıağa Əliyevə və Ülkər Hətəmxanovaya fəxri fərman təqdim olundu.Həm müəllimləri, həm də məzunları təbrik edir, onlara can sağlığı, işlərində uğurlar arzulayırıq.