FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Eko dünya" adlı Eko klub üzvlərindən ibarət komandası "Yarat" qalereyasında

24.10.2018

23.10.2018-ci il tarixində liseyimizin “Eko dünya” adlı Eko klub üzvlərindən ibarət komandası “Yarat” qalereyasında "Əmək, İstirahət və xəyallar-1960-1980-cı illər Azərbaycan ustadlarının gözləri ilə " adlı rəsm sərgisində iştirak etdilər.

YARAT Müasir İncəsənət Məkanı Bakı şəhərində yerləşən, müasir incəsənət üzrə ixtisaslaşmış, qeyri-kommersiya və qeyri-hökumət təşkilatı ilk dəfə olaraq XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyində, Azərbaycanın aparıcı rəssamlarının Mikayıl Abdullayev, Rasim Babayev, Səttar Bəhlulzadə, Gennadi Brijatyuk, Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Ucal Haqverdiyev, İqor Juk, Cavad Mircavadov, Böyükağa Mirzəzadə, Əşrəf Murad, Toğrul Nərimanbəyov, Nadir Qasımov, Eldar Qurban, Maral Rəhmanzadə, Altay Sadıqzadə, Oqtay Sadıqzadə, Tahir Salahov, Xalidə Səfərova, Mahmud Tağıyev, Tağı Tağıyev, Fərhad Xəlilov və Qəyyur Yunusun əsərlərini təqdim edir.Bu sərgidə Azərbaycanın sovet dövrünün təsviri incəsənətinin ən vacib mərhələsini müəyyən etmiş Azərbaycanın korifey rəssamlarının əsərləri nümayiş olunur