FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Olimpiada şagirdlərinin keçmiş medalçı Cəfər Cəfərovla görüşü

29.10.2018

29.10.2018 ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə Beynəlxalq Riyaziyyat olimpiadalarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmış ABŞ-ın Stanford Universitetinin məzunu, hal-hazırda Barclays Bankının Nyu-York ofisində işləyən Cəfər Cəfərovun olimpiada şagirdləri ilə görüşü keçirildi. Görüşdə TN-nin İstedadlı uşaqlarla iş şöbəsinin müdiri F.Qarayev və həmin şöbənin aparıcı mütəxəssisi Q.Mustafayev iştirak etdilər. Cəfər Cəfərov öz uğurları barədə şagirdlərlə fikir mübadiləsi apardı.