FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Pərvizin həyatı" povesti əsasında "zəhmətmi, bəxtmi?" adlı müzakirə xarakterli təqdimat işi

31.10.2018

30.10.2018-ci il tarixindəVIIIC sinfinin şagirdləri Kazımlı Nuray Xalid qızının rəhbərliyi ilə gənclərin həyatı və təlim-tərbiyəsindən bəhs edən  "Pərvizin həyatı" povesti əsasında "zəhmətmi, bəxtmi?" adlı müzakirə xarakterli təqdimat işi hazırlamışdılar.  Təqdimat M.İbrahimov və onun Azərbaycan ədəbiyyatındakı rolu haqqında şagirdlərin fikirləri ilə başladı.  Şagirdlər "Ağıl olmasa , bəxt neyləsin?", "Sizcə bəxtə inanmaq olarmı?" sualları ətrafında müzakirə apararaq, fikirlərini həyatdan alınmış örnəklərlə əsaslandırmaqa çalışdılar. Daha sonra isə təqdimat qruplar üzrə işlərlə davam etdirildi.