FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseyimizin bir qrup şagirdi Heydər Əliyev mərkəzinə ekskursiya etdilər.

08.11.2018

08.11.2018-ci il tarixində liseyimizin bir qrup şagirdi Heydər Əliyev mərkəzinə ekskursiya etdilər.

Mərkəzin əməkdaşları iştirakçılara qeyri-adi, orijinal quruluşa malik olan bina haqqında məlumat verdilər. Bildirildi ki, müasir Bakının rəmzlərindən biri hesab edilən Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir. Mərkəzdə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə dair məlumatlar ən son texnoloji yeniliklərdən istifadə edilməklə interaktiv formada təqdim olunur.

Şagirdlər Heydər Əliyev Mərkəzində nümayiş etdirilən “Azərbaycan inciləri” sərgisi ilə tanış oldular. Onlar sərgi vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan ölkəmiz haqqında maraqlı məlumatlar əldə ediblər. Ekspozisiyada nümayiş etdirilən qayaüstü rəsmlər, müxtəlif dövrlərə aid arxeoloji tapıntılar, etnoqrafik məmulatlar, numizmatik əsərlər, milli geyim və zərgərlik nümunələri məktəblilərdə xoş təəssürat oyatdı..