XƏBƏRLƏR

"Dalğalan bayrağım, ucal bayrağım!" adlı tədbir keçirildi.
08.11.2018
08.11.2018-ci il tarixində liseyimizdə “Dalğalan bayrağım, ucal bayrağım!” adlı tədbir keçirildi.Tədbirdə ilk öncə Dövlət Himni səsləndirildi.Sonra şagirdlər Bayrağın rəngləri adı altında çıxış etdilər.
Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında - yeniyetmə, gənc və yaşlılarda yüksək vətənpərvərlik duyğuları aşılayır. Bayraq insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradır. Gənc nəsilin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə edilməsi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsinə xidmət göstərir. Tədbir şagirdlərin hazırladığı flaşmobla bitdi.