FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə İstedadlı şagirdlər üçün yaradılmış xüsusi siniflərdə tədris prosesini həyata keçirən müəllimlərlə seminar keçirildi.

19.11.2018

18.11.2018-ci il tarixində FRİTL-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə İstedadlı şagirdlər üçün yaradılmış xüsusi siniflərdə tədris prosesini həyata keçirən müəllimlərlə seminar keçirildi. Seminarda Respublikanın müxtəlif bölgələrində yerləşən məktəblərdən 120-yə yaxın müəllim iştirak etdi. Təhsil Nazirliyinin İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev Seminarı giriş sözü ilə açdı. Burada istedadlı şagirdlər üçün yaradılmış xüsusi siniflərdə təlim prosesinin təşkili zamanı bu sahədə uzun müddət fəaliyyət göstərən Təhsil müəssisələrinin, o cümlədən FRİTL-in təcrübəsindən daha çox yararlanmaq xüsusi vurğulandı.
Seminar işini ayrı-ayrı fənlər üzrə bölmə iclasları ilə davam etdirdi. Bölmələrdə nümunəvi dərslər dinlənildi və müzakirələr aparıldı.