FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

FRİTL şagirdləri "Mikayıl Müşfiqin poetik dili" mövzusunda keçirilən elmi sessiyada

24.11.2018

23.11.2018-ci il tarixində AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitunun təşkilatçılığı ilə "Mikayıl Müşfiqin poetik dili" mövzusunda elmi sessiya keçirilib. Tədbir görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunub.

Sessiyanı giriş sözü ilə açan İnstitutun direktoru, akademik Möhsün Nağısoylu tədbirin Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 17 may 2018-ci il tarixli Sərəncamı çərçivəsində baş tutduğunu söyləyib.

Tədbirdə FRİTL-in IXc sinfinin şagirdləri də iştirak etdi. Sessiyanın sonunda IXc sinfinin şagirdi Yusifova Xeyransa M. Müşfiq yaradıcılığından şeir parçasını əzbər söylədi.