XƏBƏRLƏR

Liseyimizin şagirdləri "43-cü ACM ICPC NEERC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi"nin yarımfinal mərhələsi və "Cənubi Qafqaz Açıq Çempionatı"nda
03.12.2018
Azərbaycan komandaları “43-cü ACM ICPC NEERC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsi və “Cənubi Qafqaz Açıq Çempionatı”nda
Azərbaycanın 8 ali təhsil müəssisələrindən olan 16 komanda (hər komandada 3 tələbə və komanda rəhbəri) 30 noyabr-5 dekabr 2018-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində Avropa Universitetində keçiriləcək “43-cü ACM ICPC NEERC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və “Cənubi Qafqaz Açıq Çempionatı”nda iştirak edir.
Bu yarışda liseyimizin şagirdləri Namazov Abutalıb, Eynizadə Murad və Tağızadə İbrahimdə iştirak edir. Həm tələbələrə həm də şagirdlərimizə uğurlar arzu edirik.