FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Daha bir uğur!

10.12.2018

Azərbaycan komandaları “43-cü ACM ICPC NEERC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsi və “Cənubi Qafqaz Açıq Çempionatı”nda iştirak edib
Azərbaycanın 8 ali təhsil müəssisələrindən olan 16 komanda (hər komandada 3 tələbə və komanda rəhbəri) və 1 məktəblilər komandası 30 noyabr-5 dekabr 2018-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində Avropa Universitetində keçirilmiş “43-cü ACM ICPC NEERC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və “Cənubi Qafqaz Açıq Çempionatı”nda iştirak edib.
Komanda müsabiqəsində 
Fizika-riyaziyyat və informatika liseyindən
Cənubi Qafqaz Açıq Çempionatı III DƏRƏCƏLİ DİPLOM
School of Azerbaijan (Abutalıb Namazov, Murad Eynizadə, İbrahim Tağızadə,
komanda rəhbəri Rəşad Məmmədov)
FƏRDİ MÜSABİQƏDƏ
Cənubi Qafqaz Açıq Çempionatı II DƏRƏCƏLİ DİPLOM
Rəşad Məmmədov (Bakı Mühəndislik Universiteti)
Abutalıb Namazov (Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey)
Cənubi Qafqaz Açıq Çempionatı III DƏRƏCƏLİ DİPLOM
Sultan Murtuzəliyev (Bakı Mühəndislik Universiteti)
İbrahim Tağızadə (Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey)
Anar Piriyev (Bakı Ali Neft Məktəbi)
Ələkbər Əsgərov (ADA Universiteti)
Cənubi Qafqaz Açıq Çempionatı YÜKSƏK NAİLİYYƏT SERTİFİKATI
Murad Eynizadə (Fizika, riyaziyyat, informatika təmayüllü lisey)
Qalibləri təbrik edir onlara uğurlar arzu edirik.