FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Məntiq olimpiadası

13.12.2018

12-13 dekabr 2018-ci il tarixində FRİTL-də təhsil alan VII və VIII sinif şagirdləri arasında mərhum riyaziyyat müəllimi İlham Hüseynovun xatirəsinə həsr olunmuş Məntiq olimpiadası keçirildi. Liseyin gənc riyaziyyat müəlllimi Elgün Əliyevin təşəbbüsü ilə keçirilən bu bilik yarışmasında şagirdlərə məntiqdən 20 tapşırıq təqdim edildi. İmtahan 249 şagirdi əhatə etməklə 1 saat davam etdi. Olimpiadanın nəticələri növbəti həftə açıqlanacaq və I, II, III yerləri tutan şagirdlər diplomlarla təltif olunacaq.