XƏBƏRLƏR

Ekologiya mədəniyyəti
17.12.2018
17.12.2018-ci il tarixdə Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIIIB sinif şagirdləri Fatimə Nəsirova və İlqar Kərimov AZTV-də "Səhər" proqramının qonağı olublar.
Verilişdə "Ekologiya mədəniyyəti", "Yaşıl bufet", "Sağlam qida", "Su və enerji qənaəti", "Kağız tullantılardan istifadə" mövzularında şagirdlərlə müzakirələr aparıldı. Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri bu mövzularda fikirlərini bölüşməklə yanaşı, liseyimizdə həyata keçirilən ekoloji yönümlü tədbirlərdən də bəhs etdilər.