XƏBƏRLƏR

Maliyyə savadlılığı.
20.12.2018
20.12.2018-ci il tarixində liseydə Azərbaycan Respublikası Mərkəzi Bankın İqtisadi maarifləndirmə şöbəsinin əməkdaşı Əliyeva Fərəh Davud qızının təşəbbüsü və VIIB sinif şagirdlərinin iştirakı ilə maliyyə savadlılığı barədə seminar keçirildi. Seminarda pulun tarixi, üzərində olan gizli tanınma nişanları, beynəlxalq valyutalar (dollar, avro) barədə məlumat verildi. Burada pulun üzərindəki nişanların mənası da geniş şəkildə açıqlandı. Seminarda bank mütəxəssisi büdcənin idarə olunması, ailə büdcəsinin formalaşdırılması, qənaət və israf məsələlərinə də toxundu və bu xüsusda şagirdlər məlumatlandırıldı.