XƏBƏRLƏR

"Eko klubun" Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il karnavalı
19.12.2018
19.12.2018-ci il tarxində liseyimizin Eko klub üzvləri Dünya Azərbaycanlıların Həmrəylik gününü və Yeni il bayramını qeyd etdilər. Tədbirin açılışında ulu öndər Heydər Əliyevin kəlamları dinlənildi.
Tədbirin I hissəsində şagirdlər vətənə aid musiqi sədaları altında üçrəngli bayrağımızı dalğalandırdılar. Tədbirin II hissəsində Şaxtaba və Qarqız ilə birlikdə müxtəlif əyləncəli oyunlar keçirdilər, rəqs etdilər, hər şagird öz bacarığını nümayiş etdirdi.