FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

İlham Hüseynovun xatirəsinə həsr olunmuş tədbir

21.12.2018

         21 dekabr 2018-ci il tarixində Fizika-riyaziyyat və informatika təmayüllü liseydə mərhum riyaziyyat müəllimi İlham Heydər oğlu Hüseynovun xatirəsinə həsr olunmuş tədbir keçirildi. Liseyin gənc riyaziyyat müəllimi Elgün Əliyevin təşəbbüsü ilə baş tutan bu tədbirdə təkcə liseyin kollektivi deyil, mərhumun ailə üzvləri, şagirdi olmuş məzunlar, Təhsil Nazirliyinin İstedadlı uşaqlarla iş şöbəsinin müdiri, həm də liseyimizin məzunu Fuad Qarayev də iştirak edirdi.

         Tədbiri giriş sözü ilə açan Liseyin direktoru T.Talıbov müəllimin pedaqoji fəaliyyətindən bəhs edərək, onunla bağlı olan xatirələrindən geniş söhbət açdı.

         Daha sonra digər müəllimlər: Qarayev Fuad müəllim, riyaziyyat müəllimləri: Kərimov Məhəmməd, Rəhimov Gülaga, fizika müəllimi: İzzətov Bəxtiyar, İnformatika müəllimi: Məhərrəmov Valid müəllimlər öz xatirələrini bölüşdülər.

         Tədbirdə İlham müəllim haqqında müxtəlif yazıların yer aldığı “Müəllim ömründən səhifələr” kitabı (Müəlliflər: V. Məhərrəmov, L. Əliyeva) da qonaqlara təqdim olundu.

         Müəllim haqqında dəyərli fikirləri özündə ehtiva edən bədii parçaları VII Ç sinfinin şagirdləri təqdim etdilər.