XƏBƏRLƏR

Kulinariya yarışı
24.12.2018
24.12.2018-ci il tarixində Fizika-riyaziyyat və informatika təmayüllü liseydə ənənəvi olaraq, VII və VIII siniflər arasında kulinariya yarışı keçirildi. Əgər əvvəlki illərdə yalnız uşaqlar yarışırdılarsa, bu ilki yarışda uşaqlar anaları ilə birgə iştirak edirdilər. İştirakçılar 15 dəqiqə ərzində 3 salat hazırlamalı idilər.
Yarışda dad, bəzək və səliqəyə əsas diqqət yetirilirdi.
Sonda ən yaxşı salat hazırlayanlara hədiyyələr təqdim olundu.
Münsiflər heyətinə 4 nəfər daxil idi:
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nümayəndəsi – Nəsirova Elnarə
Təhsil Nazirliyinin nümayəndəsi – Məmmədli Fəxri
Liseyin təlim –tərbiyə işləri üzrə direktor müavini: Bəyalıyev Valeh
Liseyin hər bir işində köməyimizə çatan liseyin işgüzar xanımı – Məsimova Mailə