FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Səmti Müəyyənetmə yarışı

22.12.2018

Təhsil Nazirliyinin Uşaq- Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının birgə Təşkilatçılığı ilə dekabrın 22-də məktəblilər arasında  “Gənc partizan Mixaylo” hərbi vətənpərvərlik oyunu keçirildi.

Yarış Sovet ittifaqı qəhrəmanı Medi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi, şagirdlərə vətənpərvərlik hissinin  aşılanması məqsədi ilə təşkil olunub. Yarışdan əvvəl Səmti Müəyyənetmə üzrə  Azərbaycan çempionu Süleyman Əliyev, taekvando üzrə üçqat avropa cempiaonu Səbuhi İsmayılov, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə Mehdi Hüseynzadənin qəhrəmanlığından danışdılar. Bakının Xətai rayonunda yerləşən “Sevirəm” park kompleksində keçirilən Səmti Müəyyənetmə İdman  növü üzrə “Gənc partizan Mixaylo” hərbi vətənpərvərlik oyununda 150 məktəbli fərdi və kamanda şəklində uzun və orta məsafə üzrə mübarizəyə qoyulmuşdur. Oyun üçün parkda axtarış nöqtələri ilə xüsusi xəritə hazırlanıb və kompüter sistemi ilə elektron qeydlər aparılıb. Qalıb gələn məktəblilərə diplom və medallar təqdim olunub. Və Liseyimizin “Eko dünya” adlı eko klub üzvləri I, II və III yerlərə layiq görülmüşdülər.