FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Bakı Məktəblərarası Debat forumu 2018"

22.12.2018

“Edugovaz” və “Vətəndaş cəmiyyətində Debat” İctimai birliyinin birgə təşkilatçılığı ilə Milli Debat Proqramı  çərçivəsində həyata keçirilən  “Bakı Məktəblərarası Debat forumu 2018” layihəsi ümumilikdə 10 təhsil müəssisəndən 22 komandanın iştirakı ilə “Atom Elektrik Stansiyaları məhdudlaşdırılmalıdır” mövzusu ətrafında reallaşdırılmışdır.

Əvvəlcədən liseyimizdə Nigar Mansurova tərəfindən ilk debat təlimləri keçirildi. 22-23 dekabr tarixində keçirilən əsas Debat oyununda qrup və pley-off mərhələlərinin nəticəsində 75 nəfər şagird arasında 10 nəfər şagird “Ən yaxşı Natiq” adına layiq görülmüşdür. Liseyimizin VIII sinif şagirdi Cananova Ləman III “Ən yaxşı Natiq” adına layiq görülmüşdür.