FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Narkomaniya ümumbəşəri bəladır"

09.01.2019

09.01.2019-cu il tarixində Yasamal Rayon Polis İdarəsinin təşəbbüsü ilə Fizika-riyaziyyat və informatika təmayüllü liseydə  “Narkomaniya ümumbəşəri bəladır” adlı tədbir keçirilmişdi.

Tədbirdə Yasamal Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi Polis Mayoru Nəbi Nəcəfov,

Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, Polis Mayoru Anar Süleymanov.

Yasamal Rayon Polis İdarəsinin digər əməkdaşları və Liseyin 10-cu sinif şagirdləri iştirak etdilər.

         Tədbirdə narkomaniyanın insan həyatına və cəmiyyətə vurduğu yaralar həyatı faktlarla şagirdlərin diqqətinə çatdırıldı.