FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

İTV-də çıxış

09.01.2019

     09.01.2019-cu il tarixində İctimai Televiziyanın “Sabahın xeyir Azərbaycan” verilişinin bir hissəsi məktəblilərin 2018-ci il ərzində Beynəlxalq Fənn Olimpiadalarında qazandığı uğurlara həsr olunmuşdur. Verilişdə uğur qazanmış şagirlərlə yanaşı, Təhsil Nazirliyinin İstedadlı Uşaqlarla İş Sektorunun müdiri  Fuad Qarayev də iştirak edirdi. O, qazanılmış uğurlardan ətraflı danışaraq, qeyd etdi ki, il ərzində məktəblilər 15 müxtəlif beynəlxalq olimpiadada iştirak etmiş və 29 medal qazanmışlar. Qazanılan 29 medaldan liseyimizin şagirdlərinin payına 10  medal düşür. Verilişdə Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdlərindən Abutalıb Namazov və Cəbiyev Ramin  iştirak edirdilər.