FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Növbəti uğurumuz

14.01.2019

9-15 yanvar 2019-cu il tarixlərində Qazaxıstanın Alma-Ata şəhərində keçirilən Beynəlxalq Jautkov Olimpiadasında Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri uğurla çıxış edərək 4 gümüş və 1 bürünc medal olmaqla ümumilikdə 5 medal qazanıblar.

Medal alan şagirdlərimiz bunlardır: 
Riyaziyyat fənni üzrə : Murad Ağazadə, Murad Ağayev, Ramil Cəbiyev - 2 gümüş və 1 bürünc medal

İnformatika fənni üzrə: Abutalıb Namazov, Murad Eynizadə - 2 gümüş medal

Xatırladaq ki, şagirdlərlə birgə liseyin riyaziyyat müəllimi Şəmsi Səfərov da bu beynəlxalq tədbirdə iştirak edirdi. 

Qeyd edək ki, bu beynəlxalq olimpiadada dünyanın 84 ölkəsindən gəlmiş komandalar yarışırdı.
Şagirdləri, məktəb rəhbərliyini və bütün pedaqoji kollektivi təbrik edir, onlara yeni daha böyük uqurlar arzulayırıq.