XƏBƏRLƏR

Biz sizlərlə fəxr edirik!
16.01.2019
Qazaxıstanın Alma-Ata şəhərində keçirilən Beynəlxalq Jautkov Olimpiadasında qalib gələn şagirdlərimiz və liseyimizin riyaziyyat müəllimi Şəmsi Səfərov bu gün Vətənə qayıdıblar. Onları hava limanında Fizika-riyaziyyat və informatika təmayüllü liseyin müəllimləri (V.Məhərrəmov, T.Ələsgərov və N.Hüseynzadə) qarşıladı. Xatırladaq ki, şagirdlərimiz-
Riyaziyyat fənni üzrə : Murad Ağazadə, Murad Ağayev, Ramil Cəbiyev - 2 gümüş və 1 bürünc medal
İnformatika fənni üzrə: Abutalıb Namazov, Murad Eynizadə - 2 gümüş medal
4 gümüş və 1 bürünc medal olmaqla ümumilikdə 5 medal qazanıblar.
Onlara daha böyük uğurlar arzulayırıq.