FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Ümumxalq hüzn günü.

21.01.2019

    21.01.2019-cu il tarixində Fizika-riyaziyyat və informatika təmayüllü liseydə VIII B sinif şagirdlərinin iştirakı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Şagirdlər hazırladıqları esseləri və şəkilləri tədbirdə təqdim etdilər. Tədbir çərçivəsində şagirdlər “Şəhidlərimizi unutmuruq” devizi altında divar qəzeti hazırlamış və rəsmlər çəkmişlər. VIII b sinif şagirdlərindən Balaqədəşov Ağadadaş, Əliyev Məhəmməd, Məmmədova İlqarə və başqaları 20 yanvar şəhidlərinin xatirəsinə hazırladıqları ədəbi-bədii kompozisiyanı təqdim etdilər.