
Kembricə dəvət olunmuş ilk Azərbaycanlı alim
21.04.2016
Kembricə dəvət olunmuş ilk Azərbaycanlı alim Qərib Mürşüdovun əsərləri tibb sahəsində və dərmanların istehsalında geniş tətbiq olunmaqdadır. Onun rəhbərlik etdiyi qrup dünyanın müxtəlif ölkələrində elmi kurslar hazırlayır və birhəftəlik elmi kurslar, əsasən, gənc alimlər və doktorantlar üçün nəzərdə tutulur. Bu kurslar Böyük Britaniyada, ABŞ-da, Yaponiyada və Cənubi Amerikada təşkil olunur. Qrupun planına əsasən müvafiq kursların Hindistanda və Çində də həyata keçirilməsi nəzərdə tutulur. Bundan başqa, qrupun üzvləri elmi işlərin nəticələrinin müzakirəsi üçün hər il bir neçə konfranslara gedir. Qərib müəllim özü bu kurslar və konfranslar üçün 25-dən çox ölkədə səfərdə olubdur.
Qərib Mürşüdov dəfələrlə Azərbaycanda olmuş müxtəlif konfrans və elmi tədqiqat institut və universitetləridə elmi məruzələrlə çıxışlar etmişdir. 2010- cu ildə Azərbaycan alimləri qarşısında “Proteinlərin fəza quruluşunun məlumat bankına informasiya axını və onun inkişafı “ mövzusunda çıxış etmişdir. Qərib Mürşüdovun rəhbərliyi ilə Azərbaycan Tibb Universitetində mikrobiologiya üzrə xüsuxi elmi laboratoriya yaradılmışdır. 2011-ci il 14 dekabrda “Bioinformatika müasir biologiya elminin zirvəsidir” mövzusunda çıxışı