FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Yeni qiymətləndirmə

25.01.2019

Bildiyimiz kimi Təhsil Nazirliyinin məlum qərarına əsasən (28.12.2018-ci il, 8/1 N-li) orta ümumtəhsil məktəblərində təhsil alanların yekun qiymətləndirilməsində müəyyən dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərlə bağlı maarifləndirmə işi çərçivəsində 25.01.2019-cu il tarixində liseyimizdə lisey rəhbərliyi və müəllimlərin iştirakı ilə tədbir keçirildi. Tədbirdə yekun qiymətləndirmə ilə bağlı “Qaydalar” müəllimlərin diqqətinə çatdırıldı.