XƏBƏRLƏR

Səbirli və gözəl insan
25.01.2019
Fizika-riyaziyyat və informatika təmayüllü liseydə işləyən, hər kəsdən Valid müəllimi soruşsan, belə deyəcək: səbirli və gözəl İNSAN.
Valid müəllim özündə müəllimə xas olan bütün müsbət keyfiyyətləri birləşdirib. Hər işi səbirlə görür, məqsədinə doğru addım-addım irəliləyir. 70 yaşlı müəllimimizin işə olan enerjisi onun bütün varlığı ilə müəllim peşəsini sevdiyindən irəli gəlir.
Əziz Valid müəllim, Sizi 70 yaşınızın tamam olması münasibətilə təbrik edir, can sağlığı, firavan həyat arzulayırıq!