XƏBƏRLƏR

Sığınacaqda bir gün
03.02.2019
03.02.2019-cu il tarixində Fizika-riyaziyyat və informatika təmayüllü liseyin Uşaq Birliyinin Rəhbəri Nərmin Hüseyzadənin təşəbbüsü ilə VIIIb sinif şagirdləri və onların valideynləri Bakı şəhərində yerləşən Qadın və Uşaq Sığınma Evini ziyarət etdilər. Ziyarətçilər özləri ilə apardıqları müxtəlif ərzaq və geyim ləvazimatlarını sığanacaq evinin sakinlərinə payladılar. Şagirdlər orada məskunlaşmış uşaqlarla bir müddət vaxt keçirərək, onlarla müxtəlif oyunlar oynadılar.