XƏBƏRLƏR

"Eko klubun" üzvləri Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar
05.02.2019
Fevralın 5-i Respublika Uşaq və Gənclərin İnkişafı Mərkəzinin Fizika-riyaziyyat və informatika təmayüllü liseyd' yaratdığı “Eko klubun” üzvləri Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar. Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d, dosent Gülçöhrə Hüseynova şagirdlərə institutun tarixi, torpaq muzeyi haqqında geniş məlumat verdi.Görüşdə mərkəzin metodisti Elnarə Nəsirova və məktəbin təşkilatçısı Nərmin Hüseynzadə də iştirak edib.Verilən məlumatlar “Eko klub”un üzvləri tərəfindən böyük maraqla qarşılanıb.