FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Xarici qonaqlarla görüş

12.02.2019

   12 fevral 2019-cu il tarixində İsrail dövlətində fəaliyyət göstərən ORT İsrael məktəblər şəbəkəsinin direktoru Moşe Talesnik və müavini David Roselberq STEAM proqramı çərçivəsində Fizika-riyaziyyat və informatika təmayüllü liseydə qonaq oldular. Məqsəd fizika, kimya, biologiya, riyaziyyat və informatikaya aid praktik dərslərdə geniş miqyasda proqramlaşdırmanı həyata keçirmək və bu sahədə lazım olan köməyi təklif etməkdən ibarət idi. Liseydə təlim prosesi ilə yaxından maraqlanan qonaqlar fizika, kimya və informatika fənlərinə aid laboratoriyalarla tanış oldular. Daha sonra liseyin informatika müəllimi Valid Məhərrəmov qonaqları robot hazırlığı ilə məşğul olan şagirdlərin işləri ilə tanış etdi.

   ORT İsrael məktəblər şəbəkəsinin direktoru Moşe Talesnik və müavini David Roselberq Liseydə təhsil alan, eyni zamanda, Respublika və Beynəlxalq Olimpiadalarda yüksək nəticələri olan şagirdlərlə də söhbət etdilər.