FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz ARTIM layihəsində

19.02.2019

   19.02.2019-cu il tarixində Respublika Uşaq-gənclər İnkişaf Mərkəzinin xətti ilə Fizika-riyaziyyat və informatika təmayüllü liseyində fəaliyyət göstərən “Eko-klub”un üzvləri ARTIM layihəsi (ARTIM layihəsinin başlıca məqsədi ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır) çərçivəsində İçərişəhərdə reallaşan sərgidə iştirak etdilər. Burada uşaqlar bir neçə rəssamın əsərlərinə tamaşa etdilər.

     Eyni zamanda, rəssam Murad Əkbərlinin ekspressionistik üslubda çəkdiyi tabloları olə tanış oldular. Ayrı-ayrılıqda hərəsi bir hekayəni özündə ehtiva edən bu tablolar uşaqların marağına səbəb oldu.

         Ekskursiyanın sonunda uşaqlar öz fikir və düşüncələrini ağ vərəqlər üzərində müxtəlif boyalarla əks etdirdilər.