XƏBƏRLƏR

Xəzər Universitetinin tələbələri liseyimizdə
22.02.2019
22.02.2019-cu il tarixində Xəzər Universitetinin “Neft-Qaz mühəndisləri Cəmiyyəti”nin komandası “Energyforme” layihəsi çərçivəsində Fizika-riyaziyyat və informatika təmayüllü liseydə 8 A sinfinin şagirdləri ilə görüş keçirdilər.
Ləyihənin əsas məqsədi məktəblilərə enerjinin müxtəlif növləri haqqında maarifləndirici məlumat vermək idi.
Məlumatlar şagirdlərə təqdimatlar şəklində çatdırıldı. Təqdimatın gedişində tükənən və tükənməyən enerji növləri haqqında danışıldı, şagirdlərə simulyasiyalar göstərildi və mövzu ilə bağlı oyunlar keçirildi.