FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Fizika-riyaziyyat və informatika təmayüllü liseydə Xocalı soyqırımı anıldı

26.02.2019

    25.02.2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində Xocalı soyqırımı ilə əlaqədar olaraq “Xocalı qırğını, Xocalı hüznü,Vətən ağrısıdır, bu matəm günü!” adlı tədbir keçirildi. Tədbirdə Yazıçılar İttifaqının üzvü şair Vahid Çəmənli, müəllim, şagird və valideynlər iştirak etdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Liseyin şagirdləri Xocalı dəhşətlərini seyrçılərin təsəvvüründə canlandırmaq üçün müxtəlif səhnəciklər hazırlamışdılar. Belə ki, şagirdlər tərəfindən hazırlanmış Xocalıda keçirilən son toy, əsir düşmüş sakinlər, vəhşicəsinə öldürülmüş və itkin düşmüş uşaqlarını axataran ana, övladının gözu qarşısında öldürülmüş ata, şəhid olmuş əsgər cənazəsini qarşılayan ana obrazları soyqırımın yer aldığı xəbərlərin fonunda canlandırıldı. Tədbir Yazıçılar birliyinin üzvü Rəna Mirzəyevaya aid olan “Qəhrəmanın andı” adlı şeir əsasında hazırlanmış döyüşdən zəfərlə qayıdan, “Qəhrəman” adını alan əsgərin anasına qovuşduğu səhnə ilə sona çatdı.

Sonda  şair Vahid Çəmənli Xocalıya həsr etdiyi şeiri səsləndirdi, liseyin Təlim-tərbiyə işləri üzrə direktor müavini Valeh müəllim çıxış etdi.

Çıxış edənlər bildirdilər ki, tezliklə o soyqırımı törədənlər layiqli cəzalarını alacaqlar.

Allah şəhidlərə rəhmət eləsin!