FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Müəllimlərin fəaliyyət qrupu

28.02.2019

Liseylərdə təşkil olunmuş İngilis dili mərkəzləri çərçivəsində müəllimlərin fəaliyyət qruplarının yaradılması ilə bağlı təlimlər keçirilmişdir. Fəaliyyət qrupları müəllimlərə biliklərini və təcrübələrini bölüşmək üçün şərait yaradacaq və eləcə də onların peşəkar inkişafını dəstəkləyəcək. Burada əsas məqsəd Azərbaycanda ilk dəfə yaradılacaq müəllimlərin fəaliyyət qruplarını dəstəkləmək və bunun üçün müəllimləri lazımi praktiki, eləcə də nəzəri biliklərlə təmin etməkdir.

İngilis dili mərkəzlərindən biri də Fizika-riyaziyyat və informatika təmayüllü liseydə faliyyət göstərir. Həmin mərkəzlərdə fəaliyyət qruplarının yaradılması işini sürətləndirmək üçün liseydə çalışan ingilis dili müəllimləri (İ. Yahyayeva, G. Sadıqova, Ş. Vəliyeva) də  bu təlimlərdə yaxından iştirak ediblər.