XƏBƏRLƏR

Avropa Qızlar Riyaziyyat Olimpiadası
05.03.2019
07-13 aprel 2019-cu il tarixlərdə Ukraynanın Kiyev şəhərində Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçiriləcəkdır.
Azərbaycanı bu yarışda təmsil edəcək komandanı müəyyənləşdirmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən 27 və 28 fevral 2019-cu il tarixlərində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində 2 seçmə imtahan keçirilmişdir. İmtahanların nəticələrinə əsasən ilk 4-lükdə qərarlaşan şagirdlər ölkəmizi Avropa Qızlar Riyaziyyat Olimpiadasında təmsil edəcəklər. Həmin şagirdlərdən üçü (Babayeva Fidan, Bayramlı Zəhra, Əliyeva Şəms) Fizika-riyaziyyat və informatika təmayüllü liseyin X sinfində təhsil alır.
Şagirdlərimizi təbrik edir, onlara bu bilik yarışında uğurlar arzulayırıq!