FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Qələbəyə doğru"

20.04.2016


Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar məktəblilər arasında "Qələbəyə doğru" intellektual oyunun sonuncu regional seçim turu Bakı şəhərində keçirilib.
Təşkil olunan yarışda Bakı şəhərinin bütün rayonlarını təmsil edən 12 komanda iştirak edib. Komandaların tərkibinə dünyagörüşü və intellektual səviyyəsi yüksək olan 5 məktəbli daxil edilib.
Zərifə Əliyevanın xatirəsinə həsr olunan “Nur dolu ömür” filminin nümayişindən sonra yarışa start verilib. 
İntellektual oyunun nəticəsində Yasamal rayonunu təmsil edən komanda fərqlənərək final mərhələsində iştirak etmək hüququ qazanıb.

Yasamal rayonunu təmsil edən komandada liseyimizin şagirdləri Camalov Əsədullah və Əhmədov Kərimdə iştirak etmişlər.