XƏBƏRLƏR

Qış Kompüter Məktəbində proqram
04.03.2019
2010-cu ildən etibarən Moskva Fizika-Texnologiya İnstitutunun İnformasiya Texnologiyaları İnkişafı Mərkəzi 9-11 sinif şagirdləri üçün Qış Kompüter Məktəbində proqram təşkil etmişdir.
25 fevral – 06 mart 2019-cu il tarixlərində Qış Kompüter Məktəbində təşkil olunacaq proqrama Azərbaycan məktəbliləri də dəvət olunmuşdur.
Hal-hazirda həmin proqramda Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alan dörd şagird (Abutalıb Namazov, İbrahim Tağızadə, Murad Eynizadə, Nihat Əliyev) də iştirak edir.
Şagirdlərimizə uğurlar arzulayırıq!