
Yarımfinalçı "Kvant" komandası
02.03.2019
01.11.2018-ci il tarixindən 16.03.2019-cu il tarixinə qədər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant müsabiqəsi çərçivəsində "Ümummilli lider Heydər Əliyevə həsr olunmuş məktəblilərarası Fibonacci intellektual yarışı” keçirilmişdir. Layihənin başlıca məqsədi akademik savadla yanaşı, məktəb-şagird, şagird-müəllim və məktəblərarası əlaqələrinin möhkəmləndirilməsidir.
Yarışda iştirak edən komandaların tərkibləri: minimum 6, maksimum isə 8 şagirddən ibarət əsas heyət və 2 nəfər əvəzləyici heyətdən ibarət olmalı idi. Yarışın formatına görə ilk 8 mərhələ üzrə toplanılan reytinq əsasında ən çox xal toplayan 15 komanda yarımfinala, yarımfinalda ən çox xal toplayan 10 komanda finala vəsiqə əldə etməli idi.
Bu yarışda Liseyimizin VII-VIII sinif şagirdlərindən ibarət “Kvant” komandası yarımfinala çıxaraq, “Yarımfinalçı” sertifikatı ilə təltif olundu.