XƏBƏRLƏR

Moskva İqtisad Universiteti və Fizika-riyaziyyat və informatika təmayüllü lisey
12.03.2019
11 mart 2019-cu il tarixində Fizika-riyaziyyat və informatika təmayüllü liseydə Moskva İqtisad Universitetindən gəlmiş bir qrup iqtisadçı alimlərlə lisey şagirdlərinin görüşü keçirildi. Nümayəndə heyətinə BA proqramı üzrə direktor Mariya Mordvinova rəhbərlik edirdi.
Görüşdə şagirdlərə Moskva İqtisad Universiteti haqqında geniş məlumat verildi. Eyni zamanda, Universitetdə mövcud olan fakültələr və ixtisaslar barədə məlumatların yer aldığı slaydlar nümayiş etdirildi.