
Britaniyalı qonaqla görüş
14.03.2019
Britaniya Şurasının (British Council) əməkdaşlığı ilə Davamlı Sülh və Demokratik İnkişaf Mərkəzi (Centre for Sustainable Peace and Democratic Development) İngilis dilinin gənclərin gələcək həyatına, rifahına və sosial həyatına necə kömək edəcəyini öyrənmək ücün tədqiqat aparır. Bu məqsədlə Bakıda səfərdə olan İngiltərənin Koventri şəhərindəki Uorvik Universitetinin Siyasət və Beynəlxalq Araşdırmalar fakültəsinin müəllimi İlki Daglı Hustings 28 fevral 2019-cu il tarixində Fizika-riyaziyyat və informatika təmayüllü liseyin İngilis dili mərkəzinə baş cəkmiş və şagirdlərimizdən ibarət fokus qrupda dərs nümunəsi göstərmişdir. Dərsdən sonra müəllim və valideynlərlə görüşən İlki Daglı Hustings mərkəzin fəaliyyətindən razı qaldığını və şagirdlərin fəallığını xüsusi qeyd etmişdir.