FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Ekologiyanı qoruyaq

18.03.2019

   Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il tarixli 935 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın 2.2.1-ci və 2.2.3-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin verdiyi əmrə (13.03.2019-cu il, F-127) uyğun olaraq, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə icrası nəzərdə tutulmuş Tədbirlər Planı çərçivəsində 18 mart 2019-cu il tarixində VII Ç sinfinin iştirakı ilə “Ekologiyanı qoruyaq” adlı tədbir keçirilmişdir.

Tədbirdə şagirdlər müxtəlif ibrətamiz səhnəciklər göstərərək, ekologiyanı, yaşadığımız ərazini çirkləndirməyin sonrakı fəsadları barədə təsəvvür yaratdılar. Şagirdlər auditoriyaya plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması yollarını özündə ehtiva edən çağırışlar etdilər.

Tədbirdə maarifləndirici məzmun daşıyan videoçarx da izlənildi.