
Qafqaz olimpiadası
22.03.2019
15-20 mart 2019-cu il tarixlərində Rusiya Federasiyasının Maykop şəhərində Riyaziyyat üzrə Qafqaz Riyaziyyat Olimpiadası keçirildi. Olimpiada 2 – aşağı və yuxarı yaş qrupları üzrə təşkil edilmişdir. Olimpiadada Rusiya Federasiyasının bir neçə Muxtar Respublikalarından və dünyanın müxtəlif ölkələrindən şagirdlər iştirak edirdi. Bu olimpiadada yuxarı yaş qrupu üzrə Azərbaycanı Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri: Ağazadə Murad, Cəbiyev Ramil, İsmayılov Fərid, Musayev Rəşad təmsil edirdilər.
Şagirdlərimiz ölkəmizi uğurla təmsil edərək, gümüş (Ramil Cəbiyev) və bürünc (Murad Ağazadə) medallar qazanıblar. Digər iki şagirdimiz: Fərid İsmayılov və Rəşad Musayev isə həvəsləndirici mükafata layiq görülüblər.
Onları təbrik edir, təhsildə yeni-yeni uğurlar arzulayırıq!