FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm.

27.03.2019

     27.03.2019-cu il tarixində Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi ilə əlaqədar olaraq, 9 və 10-cu sinif şagirdləri arasında “Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinin I mərhələsi keçirilib. Müsabiqəyə Respublika üzrə 22 məktəbdən 65 şagird qatılıb.

Müsabiqənin I mərhələsini uğurla keçənlər arasında Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri: Yusifov Məhəmməd İlqar oğlu, Ələkbərova Günay Pərviz qızı, Nağızadə Cavid Emin oğlu, Ömərova Fatimə Elimxan qızı da var.

II mərhələyə keçən şagirdlərimizi təbrik edirik!

İnstitutun saytına istinadən qeyd edək ki, II mərhələ may ayının 25-də keçiriləcəkdir. Bu mərhələdə sualların  70%-nə düzgün cavab verən şagirdlər III mərhələyə buraxılacaqlar.

III mərhələ sentyabr ayının 21-də keçiriləcəkdir. Bu mərhələdə isə şagirdlərdən I, II və III yerləri tutanlara uyğun diplom və qiymətli hədiyyələr veriləcək, III mərhələnin digər iştirakçıları fərqlənmə diplomu ilə mükafatlandırılacaqlar.