XƏBƏRLƏR

VII sinif – məktəbdaxili yoxlama imatahanı
03.04.2019
03 aprel 2019-cu il tarixində Fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan VII sinif şagirdlərinin biliyini yoxlamaq məqsədilə monitorinq imtahanı keçirildi. İmtahan verən şagirdlərə 4 fənn (Azərbaycan dili, Riyaziyyat, İngilis dili və Fizika) üzrə test tapşırıqları təqdim olundu. Test tapşırıqları hər birində 16 sual olmaqla 4 variantda tərtib olunub. Sualların 10-u açıq, 6-sı qapalı şəkildədir.
İmtahanın nəticələri növbəti həftə ərzində açıqlanacaq.