XƏBƏRLƏR

"ALBATROS" komandası
08.04.2019
06 aprel 2019-cu il tarixində ADA Universitetində "FİRST LEGO Leogue" mühəndislik və robot texnologiyası üzrə olimiada keçirilmişdir.
2018-2019-cu il mövsümü üzrə Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə təşkil olunan turnirin builki mövzusu kosmosa həsr olunub və “Into Orbit” adlanır. Bu turnirdə Fizika-riyaziyyat və informatika təmayüllü liseyin "ALBATROS" komandası müvəffəqiyyətlə iştirak etmiş və medallara layiq görülmüşdür.
Komandanın üzvləri:
1. Məmmədov Kamran
2. Novruzlu Yağmur
3. Həsənov Rəvan
4. Qasımzadə Toğrul
5. Soltanov Tərlan
6. Mikayılzadə Cövdət.
Şagirdləri təbrik edir və onlara yeni-yeni uğurlar arzu edirik!