FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Gələcəyin mühəndisi" müsabiqəsinin qalibləri

10.04.2019

    10.04.2019-cu il tarixində BDU-nun əsas korpusunda Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Tusi-Bohm Planetariumun birgə əməkdaşlığı çərçivəsində və Şamaxı Astrofizika Rəsədxanası, Azərkosmos və BDU-nun dəstəyi ilə “12 Aprel-Ümumdünya Aviasiya və Kosmonavtika günü”nə həsr olunmuş Bakı şəhər məktəbliləri arasında “Gələcəyin mühəndisi” müsabiqəsinin II tur mərhələsi keçirildi.

    Bütövlükdə, müsabiqəyə 24 məktəb üzrə 63 iştirakçı hazırladıqları 54 maketlə (fərdi və qrup şəklində) qatılıb.

   Qaliblər sırasında liseyimizin VIII sinif şagirdləri də (Əliyev Cavid, Nəsirova Fatimə, Kərimov İlqar, İmaməlizadə Ramil) yer alıb.

    12.04.2019-cu il tarixində Park Bulvarda qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.

         Şagirdlərimizi təbrik edir, yeni uğurlar arzulayırıq!