FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO)

15.04.2019

07-13.04.2019-cu il tarixində Ukraynanın paytaxtı Kiyev şəhərində Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirildi. Bu bilik yarışında dünyanın müxtəlif ölkələrindən riyaziyyatçı qızlar iştirak edirdi. Azərbaycanı təmsil edən komandanın üzvləri sırasında liseyin 3 şagirdi: Babayeva Fidan Namiq, Bayramlı Zəhra Rövşən, Əliyeva Şəms Elbəyi qızı da yer almışdı.

Olimpiadanın yekunlarına görə Liseyimizin 2 şagirdi: Bayramlı Zəhra Rövşən qızı Əliyeva Şəms Elbəyi qızı həvəsləndirici mükafata layiq görülüblər.

Şagirdləri təbrik edirik!