FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Suya qənaət

16.04.2019

16.04.2019-cu il tarixində Fizika-riyaziyyat və informatika təmayüllü liseydə “Suya qənaət” mövzusunda tədbir keçirildi.Tədbirdə şagirdlərə suya necə qənaət etmək barədə məlumat verildi. Məlumatda təmizlik edən zaman sudan istifadənin daha qənaətcil üsulundan faydalanmaq, sanitar qovşaqlarda az sudan istifadə edən sifon modellərə üstünlük vermək, krandan axan su damcılanmasının qarşısını almaq, su çənindən istifadə etmək və s. mövzular yer almışdır.

Daha sonra şagirdlərlə birgə məktəbdə olan sanitar qovşaqlara daxil olub orda olan kran və sifonlar yoxlanıldı və su sərfiyyatının minimuma endirilməsi haqqında məlumat verildi.